4 oktyabr 2013 00:17
Rəşad Sadıqov Bakıya qarşı forma geyə biləcək
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, millimizin lideri böyük ehtimalla Topaz Premyer Liqasının 9-cu turunda qarşılaşacaqları “Bakı” ilə oyunda forma geyə biləcək.
Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib: “O, ümumi hazırlıqlarda iştirak edir. İndi özünü daha yaxşı hiss edir. Onun meydana çıxmaq ehtimalı yüksəkdi. Rəşadın oynayıb-oynamayacağına oyun günü aydınlıq gələcək”.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” görüşü bu gün baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” görüşü bu gün baş tutacaq.
