3 oktyabr 2013 12:39
Bir oyunun vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan Birinci Divizionunun 4-cü turunun bir oyununun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Şahdağ” – “Neftçala” oyunu 4 oktyabr tarixindən 5 oktyabr tarixinə keçirilib. Buna səbəb “Şahdağ” klubunun ev oyunlarını keçirdiyi stadionda dövlət əhəmiyyətli tədbirin keçirilməsidi.
