3 oktyabr 2013 13:14
Cihan Özkara iddialı danışdı: Sona qədər getmək istəyirik! (FOTO)
“Qəbələ qazandığımız üçün xoşbəxtik. 5 qol vurduq. Amma belə matçlar həmişə çətin keçir. Əvvəldən belə rəqiblərə ciddi yanaşmaq lazımdı. Biz bunu bacardıq".
Azerisport.az xəbər verir ki, bu sözləri millimizin üzvü Cihan Özkara deyib.
Azerisport.az xəbər verir ki, bu sözləri millimizin üzvü Cihan Özkara deyib.
“Sivasspor”da çıxış edən futbolçumuzun komandası dünən Türkiyə Kubokunda "Bucak Bələdiyyəspor"u sınağa çəkib və 5:0 hesablı qələbə qazanıb. 90 dəqiqə meydanda olan Cihan komandasının ikinci qoluna imza atıb. Oyundan sonra klubun rəsmi saytına açıqlama verən Özkara kuboku qazanmaq istədiklərini bildirib:
"Bu gün hər iki komanda gözəl oynadı. Kubokda sona qədər getmək istəyirik”.
