4 oktyabr 2013 00:34
Saşa Yunisoğlu və Arif İsayevin yeni baş məşqçisi müəyyənləşdi
Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanı bundan sonra Yusuf Şimşək çalışdıracaq.
O, bu postda bir neçə gün əvvəl istefa verən Serdar Dayatı əvəzləyib. Lakin hələlik klub bu məlumatı rəsmi olaraq ictimaiyyətə açıqlamayıb.
Qeyd edək ki, Yusuf Şimşek 1996-2000 və 2005-2008-ci illərdə “Dənizlispor”da çıxış edib. Daha sonra "Bursaspor" və "Beşiktaş"ın da formasını geyinmiş Türkiyə yığmasının sabiq üzvü məşqçi kimi bundan əvvəl "Turqutluspor"u çalışdırıb, "Çaykur Rizəspor"da köməkçi-məşqçi işləyib. Şimşek ötən mövsüm də "Dənizlispor"a baş məşqçi təyin olunmuşdu. Lakin qısa müddət sonra qərarını dəyişən prezident Süleyman Urkay onu Arif Erdemlə əvəzləmişdi.
