3 oktyabr 2013 13:31
AFFA Qəbələyə texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
30 sentyabr 2013-cü il U-17 Liqanın “İnter” – “Qəbələ” matçının 40+1-ci dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Nəriman Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
Oyunun 40+2-ci dəqiqəsində “İnter” klubunun 5 №-li futbolçusu Kənan Həsənovun hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
“Qəbələ”nin futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olması (yaşının azaldılması) aşkar edilib. Bu səbəbdən də, “Qəbələ” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilib. Belə halların yenidən baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. Klub isə 1000 manat cərimə olunub.
