3 oktyabr 2013 14:10
Əli Gökdəmir yığmamıza nə vaxt qoşulacaq?
Futbol üzrə Azərbaycan milli komandasının oktyabrın 5-dən 15-dək Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dəvət edilmiş Əli Gökdəmir komandanın hazırlıq prosesinə oktyabrın 7-də qoşulacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun "Bakcell Arena"da keçiriləcək.
