3 oktyabr 2013 14:22
Azərbaycan Türkiyəyə məğlub oldu
Qızlar arasında futbol üzrə (U-15) Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, hazırda Türkiyədə olan millimiz meydan sahibləri ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Oyun 4:2 hesabı ilə yerli komandanın xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandaların növbəti görüşü oktyabrın 4-də baş tutacaq.
