3 oktyabr 2013 15:16
Neftçi Qəbələ ilə oyuna ciddi itki ilə çıxacaq
“Neftçi” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 9-cu turunda “Qəbələ”nin qonağı olacaq bu komanda artıq paytaxtdakı hazırlıqlarını yekunlaşdırıb.
“Ağ-qaralar” bu gün səhər saatlarında Qəbələyə yola düşüblər. Tərlan Əhmədovun yetirmələri axşam saatlarında oyunun keçiriləcəyi arenada son məşqə çıxacaq.
Qeyd edək ki, “Neftçi” bu oyuna ciddi itki ilə çıxacaq. Belə ki, komandanın aparıcı hücumçularından Bahodir Nasimov zədəlidi. O, bu üzdən heç səfərə də aparılmayıb.
