3 oktyabr 2013 14:33
Bakı Qarabağla oyunöncəsi son məşqinə çıxdı
Ötən tur “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazanan “Bakı” sabah 9-cu tur çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu oyun öncəsi son məşqini keçirib.
Səhər saat 11:00-da isinmə hərəkətləri ilə başlayan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıblar. Fiziki hazırlığı yaddan çıxartmayan baş məşqçi Milinko Pantiç yetirmələrinə düzülmüş maneələrdən sürətli keçmək tapşırığını da verib. Saatyarım sürən məşqin son bölümü uzun ötürmələr, qapıya asmalar və ikili hücumlarla başa çatıb.
Elvin Əliyevlə Vüqar Mustafayev hələ də kollektivdən ayrı çalışır. Ambulator müalicə alan Mario Rubio isə məşqdə iştirak etməyib.
