3 oktyabr 2013 14:55
Milinko Pantiç: Qarabağdan 3 xal qoparmağa çalışacağıq
“Bakı”nın baş məşqçisi Milinko Pantiç “Qarabağ”la matç öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klub saytına açıqlamasında bunları söyləyib:
“Biz meydanda öz oyunumuzu göstərəcəyik. Qarşılaşmaya çox ciddi hazırlaşdığımızı deməliyəm. “Qarabağ” köklü komanda olmaqla xüsusi çəkiyə malikdi. Rəqib komandanın futbolçuları xeyli vaxtdı bir-birinə uyğunlaşıb. Bununla belə, biz məşqçilər, futbolçular, ümumilikdə, bir komanda olaraq “Qarabağ”dan 3 xal qoparmağa çalışacağıq. Onlar güclü olmaqla favoritdilər. Amma bu o demək deyil ki, rəqib qələbə qazanmalıdı. Oyunda 100 yox, 150 faiz güclü çıxış edəcəyik ki, qalib gələk. Başqa qüvvələrdən yox, aparıcı futbolçulardan istifadə etməklə yaxşı oyun sərgiləmək istəyirik”.
