3 oktyabr 2013 15:36
Ağasəlim Mircavadov: Mən yığmamızın ən azı İsraildəki kimi oynamasını istərdim
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi
- Ölkə çempionatının geridə qalan turlarını necə qiymətləndirə bilərsiz?
- Bütün komandalar qeyri-sabit oyun sərgiləyirlər. Bunu daha çox mövsümün əvvəlində favorit kimi göstərilən “İnter”lə “Xəzər Lənkəran”a aid etmək olar. “Qəbələ” birinci yerdə getsə də, Yuri Syominin komandası hələ də öz oyununu axtarır. “Qarabağ”la “Neftçi” də bəzi oyunlarda yaxşı təsir bağışlasa da, bu, sabit deyil. Tez-tez xal itirirlər. Fikrimcə, ilk dövrənin son turunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu indi kimin daha güclü olduğuna aydınlıq gətirəcək.

- “İnter”lə “Xəzər Lənkəran”ın bu uğursuzluğunun səbəbini nədə görürsüz?
- Adətən “İnter” hər mövsümə uğurlu başlardı, az qol buraxardı. Amma indi əksinədi. Səhv etmirəmsə onlar artıq 15 qol buraxıblar. Deməzdim ki, müdafiə xətti bu dərəcədə zəifdi. Sadəcə, komanda şəklində çox pis oyun sərgiləyirlər. Hücum planında da problemləri var. “Xəzər Lənkəran”da da oxşar problemlər mövcuddu. Hələlik bu iki komandanın çıxışı barədə yaxşı nəsə demək mümkünsüzdü.

- “Xəzər Lənkəran” son oyunlarında bir neçə qələbə qazandı. Mövsümün əvvəli ilə müqayisədə bu komandanı özünə gəldiyini demək olar?
- Ola bilər nəticə qazanmaq baxımından artırıblar. Amma sərgilənən oyun baxımından bunu demək olmaz. Komandanın yaxşı oyun sərgiləməsi üçün güclü orta xətti olmalıdı. Amma açıq deyim ki, “Xəzər Lənkəran”da bu yoxdu. Onlar az qala hər oyunda qol buraxırlar. Bunu isə müsbət hal saymaq olmaz.

- Sərgilədiyi oyuna görə daha çox hansı komandanı fərqləndirə bilərsiz?
- “Qarabağ” Avropa Liqasında çıxış edərkən hər iki cəbhədə çox yaxşı oyun sərgiləyirdi. Həmin oyunlar çox xoşuma gəlirdi. Amma son dörd oyunda bunun davamını gətirə bilmədilər.

- Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya ilə oyunlar üçün heyəti açıqlayıb. Onun oyunçu seçiminə münasibətiniz necədi?
- Bəzi uşaqları nəzərə almasaq, əvvəlki heyətdi. Komandaya oyun təcrübəsi olan futbolçuları çağırmaq lazımdı. Əgər futbolçu öz klubunda oyun təcrübəsinə malik deyilsə, onu milliyə çağırmağın nə mənası var? Futbolçuya klubunda ehtiyac duyulmursa, deməli o, o qədər də yaxşı vəziyyətdə deyil. Özü də bu, təkcə legionerlərə yox, yerli futbolçulara da aiddi.

- Yığmanın qarşıdakı oyunlarda şanslarını necə qiymətləndirirsiz?
- Belfastda komandamız şimali irlandiyalılara qarşı yaxşı oyun sərgiləmişdilər. Düzdü, hesabı biz açsaq da, rəqibin daha çox qol şansları oldu. Bu, çox pis haldı. Mən yığmanın ən azı İsraildə sərgilədiyi oyunu təkrarlamasını istərdim. Əminəm ki, bunu bacarsaq, nəticə qazana bilərik. Amma rəqibi də nəzərə almaq lazımdı. Britaniya komandaları ilə oynamaq heç də asan olmur. Hər halda dişimizə görə rəqibdi.

- Bəs Rusiya ilə oyun?
- Rusiya dünya çempionatına yollanmaq üçün son iki oyununda mütləq qələbə qazanmalıdı. Amma komandamız onların əhvalını korlaya bilər. Bunun üçün futbolçuların var gücünü meydanda qoyması lazımdı. Fikrimcə, Şimali İrlandiya ilə oyunun nəticəsindən də çox şey asılı olacaq.

- Siz yığmamızı Rusiyadan xal ala biləcək gücdə sayırsız?
- Rusiya mətbuatını izləyirəm və görürəm ki, onlar da daha çox Azərbaycandan ehtiyatlanırlar. Bizi çox maraqlı oyun gözləyir. Uşaqların bu oyunda maksimum çalışmasını çox istərdim.