3 oktyabr 2013 15:53
Şimali İrlandiya yığması Bakıya 23 futbolçu ilə gəlir
Futbol üzrə Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Maykl O'Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsraillə oyunlara 23 futbolçu dəvət edib.
Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, səkkizi yarımmüdafiəçi, beşi hücumçudu.
Qapıçılar: Roy Kerroll (Olimpiakos, Yunanıstan), Alan Mannus (Sent-Conston, Şotlandiya), Maykl Makqovern (Falkirk);
Müdafiəçilər: Qaret Makoli (Vest Bromviç, İngiltərə), Conatan Evans (Mançester Yunayted, İngiltərə), Aleks Bryus (Hall Siti, İngiltərə), Li Hodson (Dons, İngiltərə), Daniel Lefferti (Bernli, İngiltərə), Kreyq Katkart (Blekpul, İngiltərə), Aaron Hyuz (Fulhem, İngiltərə);

Yarımmüdafiəçilər: Kris Berd (Ridinq, İngiltərə), Stiven Devis (Sautqempton, İngiltərə), Oliver Norvud (Haddersfild, İngiltərə), Niall Makqin (Aberdin, Şotlandiya), Şeyn Ferqyuson (Birmingem Siti, İngiltərə), Korri Evans (Blekbern, İngiltərə), Kris Brant (Vest Bromviç, İngiltərə), Semmi Klinqan (Kilmarnok, Şotlandiya);
Hücumçular: Uill Qriqq (Brentford, İngiltərə), Billi Makkey (İnverness, Şotlandiya), Martin Peterson (Haddersfild, İngiltərə), Ceymi Uord (Derbi Kauntri, İngiltərə), Con Maqennis (Aberdin, Şotlandiya).
Qeyd edək ki, Şimali İrlandiya yığması oktyabrın 11-də Bakıda Azərbaycan millisinin qonağı olacaq.