3 oktyabr 2013 17:38

Elvin Kərimov: Yuventus – Qalatasaray matçını birgə şərh etməyi Arustamyan özü mənə təklif etdi

Ötən gecə İtaliyanın “Yuventus” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilmiş Çempionlar Liqasının oyununu Rusiyanın “NTV+Sport” telekanalı vasitəsilə azərbaycanlı Elvin Kərimov erməni Nobel Arustamyanla birgə şərh edib. Azerisport.az xəbər verir ki, Kərimov Lənkəranda, Arustamyan isə Bakıda doğulub.
 
Telekanal rəhbərliyi onlardan şərhçi duetini heç də siyasi jest məqsədilə yaratmayıb. İş ondadı ki, Kərimov çoxdan “Qalatasaray”a azarkeşlik edir. Arustamyan isə “Yuventus”a üstünlük verməklə yanaşı, İtaliya A Seriyasının oyunlarını da şərh edir.
 
Bunun Azərbaycan idman mətbuatında böyük səs-küyə səbəb olması Elvin Kərimovla söhbətləşməyimizi zəruri etdi. O, müsahibəsində həm bu məsələyə münasibətini bildirdi, həm də digər suallarımızı cavablandırdı.
 
- Sizin erməni şərhçi ilə birgə ÇL oyununu şərh etməyiniz Azərbaycanda birmənalı qarşılanmadı...
- Mənim özüm də bunun insanlarda bu cür reaksiya doğuracağını gözləyirdim. Amma buna o qədər də önəm vermədim. Çünki insanların milli mənsubiyyəti məni ən son maraqlandıran məqamlardandı.
 
- Feysbukdakı dostlarınızdan sizi silənlər olmayıb?
- (gülür) Bilmirəm. Baxmamışam.
 
- Baş prodüser Georgi Çerdançev bizə açıqlamasında bildirdi ki, siz birgə çalışmağı özünüz istəmisiz...
- Bunu Nobel təklif etdi. Əslində bu matçı o, tək şərh etməliydi. Mənə isə “Anderlext” – “Olimpiakos” matçı düşmüşdü. Amma mənim “Qalatasaray”a, ümumiyyətlə Türkiyə futboluna simpatiyamdan xəbəri olduğuna görə, oyundan iki-üç gün öncə Arustamyan mənə birgə şərhçilik etməyi təklif etdi. Mən də razılaşdım.
 
- Birgə şərhçilik rahat idi
- Bəli, çox. Onunla təkcə şərhçilik etmək yox, həm də sadəcə söhbətləşmək də çox rahatdı. Dil tapa bilirik.
 
- Azarkeşlik etdiyin komandanın oyununu şərh etmək nə dərəcədə çətindi?
- Ağırdı. Ona görə ki, özünü həmin komandanın azarkeşi kimi aparacağından qorxursan. Yadımdadı, iki il öncə Yuri Rozanovla birgə “Dinamo” (Kiyev) – “Beşiktaş” matçını şərh edirdik. Həmin oyundan sonra o, mənim Türkiyə komandalarının iştirakı ilə keçirilən görüşləri şərh etməyimə qadağa qoydu. Amma müəyyən vaxtdan sonra həmin qadağa götürüldü. Ötən gecə də oyundan sonra bir qədər məyus idim, “Qalatasaray” qol vurandan sonra o cür qışqırmağıma görə üzüldüm. Ümumiyyətlə, tamaşaçıların məni azarkeş kimi görməsini istəmirəm.
 
- Qarşıdan DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan – Rusiya oyunu gəlir. Bu oyundan nə gözləyirsiz?
- Hər şeydən öncə gözəl oyun gözləyirəm. Rusiya favoritdi. Yəqin ki, bu komanda üç xal qazanan tərəf olacaq. Amma bu, Azərbaycanın şansının olmadığı anlamına gəlməməlidi. Hər şansdan maksimum yararlanmaq lazımdı. Prinsipial görüşdü. Belə oyunların nəticəsini öncədən demək çox çətindi.
 
- Bəs siz hansı komandaya azarkeşlik edəcəksiz?
- Azərbaycan yığmasına azarkeşlik edəcəyəm. Amma Rusiya qalib gəlsə, məyus olmayacağam. Hər halda Fabio Kapellonun komandası mundiala getməyə layiqdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.