3 oktyabr 2013 17:57
Qurban Qurbanov: Bizə Bakı ilə oyunda çətin olacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 9-cu turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Güclü rəqibə qarşı oynamalıyıq. Onların artıq öz oyun üslubları var. Həm hücumda, həm də müdafiədə yaxşı oyunçulara malikdilər. Xüsusilə hücum planında çox sürətli oyunçularının olmasını qeyd etmək istərdim. Bizə çətin olacaq. Amma biz də özümüzü göstərməyə çalışacağıq. Maksimum nəticəyə ümid edirik. Komanda yenidən Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmağımızı da sevinclə qarşıladı. İndi artıq öz meydanımızda oynayacağımızı deyə bilərik”.