4 oktyabr 2013 18:55
Apellyasiya və Ekspert Komitəsi Simurqun istəyini rədd etdi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Simurq” və “Neftçala”nın müraciətlərinə baxılıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Simurq” barədə (futbolçu Draqan Çeran) AFFA-nın İntizam Komitəsinin 24.09.2013-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
2. “Neftçala” barədə (Tanrıverdi Məhərrəmli) AFFA-nın İntizam Komitəsinin 24.09.2013-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
