4 oktyabr 2013 18:07
Tərlan Əhmədov: Komanda bu gün istədiyimiz oyunu göstərdi
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Qəbələ” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda gözəl oyun göstərdi, meydanda sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda “Sumqayıt” və “Qarabağ”la oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük. Əsas məqsədimiz qələbə qazanmaq idi. Komanda bu gün istədiyimiz oyunu göstərdi, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəqibin ucaboy, fiziki cəhətdən güclü futbolçuları var. “Qəbələ” bu baxımdan Avropa klubunu xatırladır. Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Qələbə qazandığımız üçün şadam”.
