4 oktyabr 2013 18:14
Yuri Syomin: Əsassız səhvlər etdik
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı başladıq, ilk 20 dəqiqədə üstün oynadıq. Sonra isə “Neftçi” oyunda dönüş etdi. Rəqib topa topa daha çox nəzarət etdi, bəzən bizi topsuz qoydu. Bir sıra ötürmələrdə əsassız səhvlər etdik. Buna görə də yekunda “Neftçi” qalib gəldi”.
