4 oktyabr 2013 20:16
Bakı Yunayted həlledici oyunda məğlub oldu
Futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin dördüncü qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu qrupda mübarizə aparan İngiltərənin “Bakı Yunayted” klubu da son görüşünə çıxıb.
İngiltərədəki azərbaycanlıların komandası son görüşündə Sloveniya “Litiya”sı ilə qarşılaşıb. Görüşə 2:3 hesabıyla sloveniyalıların xeyrinə başa çatıb.
Hesabı Sloveniya təmsilçisi açıb. Amma ardından BY iki qol vurmağa nail olub. İkinci qolun vurulmasında məhsuldar ötürmə edən Rizvan Fərzəliyevin də xidməti olub. Lakin ikinci hissədə hesabı bərabərləşdirən sloveniyalılar qələbə qolunu da vurmağa nail olublar.
Qeyd edək ki, “Bakı Yunayted” öncə Çexiya “Xrudim”i ilə 3:3 hesablı heç-heçəyə razılaşmış, ardından isə Kipr “Omoniya”sına qalib gəlmişdi – 1:0.
Qrupdakı yekun vəziyyət: Litiya - 6 xal, Xrudim, BY – hərəyə 4 xal, Omoniya - 0.
