4 oktyabr 2013 18:27
Mahir Şükürovla Qəbələ azarkeşləri arasında münaqişə
Topaz Premyer Liqasının 9-cu turunun “Qəbələ” – “Neftçi” matçında xoşagəlməz hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, meydan sahibi olan komandanın azarkeşləri matçın gedişində qonaqların müdafiəçisi Mahir Şükürovun əleyhinə xoşagəlməz ifadələr işlətməyə başlayıblar.
Onların bu sözlərinin qarşılığında Mahir də azarkeşlərə qarşı qeyri-etik jest işlədib. Bu tribunalardakı narazılığı daha da artırıb.
