4 oktyabr 2013 20:42
“İnterdə qələbə istəyi bizdən daha çox idi”
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. “İnter”də qələbə istəyi bizdən daha çox idi, ona görə də qalib gəldilər. Müdafiədə də səhvlərimiz oldu. Aqşin Muxtaroğlunun zədəsi olduğu üçün əsas heyətdən kənarda qalmışdı, bu həftə komanda ilə məşqlərə başlayıb. Elşən Adbullayev isə bir neçə oyunda əsas heyətdə meydana çıxdı, yorğun olduğu üçün ehtiyatdadı”.
