4 oktyabr 2013 22:03
“Heç-heçəni bu oyunun ədalətli nəticəsi hesab edirəm”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş AZAL ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun dinamik keçdi, 90 dəqiqə ərzində meydanda mübarizə əzmi var idi. AZAL fiziki hazırlığı yüksək olan komandadı. İlk hissədə qol buraxdıq, fasilədə müəyyən taktiki gedişlərlə oyunun axarını dəyişə bildik, hesabı bərabərləşdirdik. Oyunun son dəqiqələri də gərgin keçdi. Güclü külək hər iki komandanın oyuna təsir edirdi, xüsusən də hava mübarizələrində. Hər iki komanda sona kimi mübarizə apardı. Heç-heçəni bu oyunun ədalətli nəticəsi hesab edirəm”.
