4 oktyabr 2013 22:12
“4 oyundu qələbə qazanmamağımız bizə psixoloji təsir edir”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Simurq”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbəyə layiq oynadıq, heyf ki, qalib gələ bilmədik. 90 dəqiqə sürətli oyun göstəririksə, qol epizodları yaradırıqsa, bunun bəhrəsini görəcəyik. Komandaya tapşırmışdım ki, ikinci hissənin ilk 15 dəqiqəsində diqqətli oynasınlar. Müdafiəyə çəkildik, “Simurq” 5-6 dəqiqə oyuna nəzarə etdi və 11 metrlik cərimə zərbəsindən hesabı bərabələşdirdi. Hesabda öndə olanda ilk növbədə nəticəni qorumağa çalışırdıq. Hesab bərabərləşdikdən sonra meydanda tam başqa AZAL gördük. Mənim istədiyim kimi aqressiv futbol oynayan AZAL. İkinci hissədə 6 real qol epizodumuz oldu. Bugünkü oyunda əsas heyətin iki futbolçusunu itirdik. 4 oyundu ki, qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edir”.
