4 oktyabr 2013 22:24
Con Toşak: Futbolda olduğum 35 ildə belə şey görməmişəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çoxdandır futboldayam, 35 ildə belə bir şey görməmişəm. Çoxlu qol imkanlarımız oldu, bu qədər epizodla 5 oyunda qələbə qazana bilərdik. Sanki, top qapıdan keçmək istəmirdi. Mən sadəcə şokdayam. İki xal itirdiyimizi düşünürəm”.
