4 oktyabr 2013 22:35
Vladislav Qədirov: Heç-heçəyə görə məyusam
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun gərgin idman mübarizəsində keçdi. “Xəzər Lənkəran”ın güclü hücum xətti var. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Komandama oyuna görə təşəkkür edirəm. Xüsusən də, İvan Pexa zədələnməsinə baxmayaraq, sona kimi meydanda mübarizə apardı. Rəqib komandanın da qol imkanları oldu. Çempionatda zəif komanda yoxdur. Heç-heçəyə görə məyusam”.
