4 oktyabr 2013 22:46
Milinko Pantiç: Bu gün bizim günümüz olmadı
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibi təbrik edirəm, komanda oturuşmuş heyətə malikdi. Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi. İkinci hissədəki “Bakı” mən istəyən kimi oynadı. Yeni qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir”.
