4 oktyabr 2013 22:58
Qurban Qurbanov: Bizim üçün nəticə qazanmaq əsas idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Bakı” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün nəticə qazanmaq əsas idi. Rəqibi topsuz qoyduq. Bir-birindən baxımlı 3 qol vurduq, düşünülmüş hücumlar təşkil etdik. “Bakı” sürətli futbola üstünlük verir. Rəqib ikinci hissədə daha yaxşı oynadı, qol epizodları yaratdılar”.
