4 oktyabr 2013 11:33
Kurban Berdıyev Ruslan Abışovun oyununu qiymətləndirdi
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun oyununu qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Ruslan Abışov yaxşı oynadı. Amma sonda bir qədər həyacanlı idi. Görünür, yorulmuşdu”.
“Ruslan Abışov yaxşı oynadı. Amma sonda bir qədər həyacanlı idi. Görünür, yorulmuşdu”.
Qeyd edək ki, Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubu ötən gün Avroliqanın qrup mərhələsi çərçivəsində Belçika “Sulte-Varegem”ini qəbul etdi. Həmyerlimiz komandasının 4:0 hesabıyla qazandığı oyunda ilk dəqiqələrdən meydanda idi 74-cü dəqiqədə əvəzləndi.
