4 oktyabr 2013 12:01
"Azərbaycan AÇ-2020-nin beş oyununa ev sahibliyi etməkdə iddialıdı"
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, Azərbaycan AÇ-2020-nin beş oyununa ev sahibliyi etməkdə iddialıdı. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Söhbət qrup mərhələsinin üç oyunundan, bir 1/8 və bir 1/4 final görüşündən gedir. Hesab edirəm ki, bizim buna nail olmaq üçün çox yaxşı şansımız var. 32 ölkə öz namizədliyini irəli sürsə də, bizim 20 əsas rəqibimiz var. Hazırda stadion tikintisi davam edir. Bu layihə UEFA prezidenti Mişel Platininin də xoşuna gəldi”.