5 oktyabr 2013 00:03

AFFA-dan yeni sponsorla müqavilə (VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə "Atena" şirkəti arasında U-12 Liqasının sponsorluq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki futbol ictimaiyyətinin və KİV-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq uşaq futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib, U-12 Liqasının təşkilinin əsas məqsədləri sadalanıb.
 
Süd məhsulları bazarında aparıcı istehsalçı olan, ən müasir texnologiyalardan istifadə edən və süd məhsullarının istehsalında “100 % Öz Fermamızın Südü”ndən prinsipinə əsaslanan "Atena" şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
 
AFFA-nın baş katibi Elxan Məmmədov və "Atena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov U-12 Liqasının sponsorluq müqaviləsini imzalayıb.
 
E.Məmmədov üzərində Azərbaycan milli komandasının üzvlərinin imzası olan futbolkanı "Atena" şirkətinə hədiyyə edib.
 
Mətbuat nümayəndələri üçün brifinq təşkil olunub. Elşad Rəsulov və Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
 
AFFA-nın Futbol Akademiyasının meydançasında U-12 Liqasının simvolik oyunu keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov və Atena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov topa ilk toxunuş edib.
 
E.Məmmədov və E.Rəsulov U-12 Liqasında çıxış edən komandaların üzvləri ilə xatirə şəkli çəkdirib.
 
"Atena" U-12 Liqasının oyunları bölgələr üzrə mərkəzləşdirilmiş qaydada 12 rayonda təşkil olunur. 81 komandanın mübarizə apardığı turnirdə 1114 futbolçu və 109 məşqçi iştirak edir.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.