4 oktyabr 2013 12:16
Prezident seçkiləri yığmamızın üzvlərinə istirahət qazandıracaq
Futbol üzrə Azərbaycan yığmasının üzvləri ölkə prezidentliyinə seççilərdə iştirak edə biləcəklər. Azerisport.az xəbər verir ki, həmin günlərdə komandamız təlim-məşq toplanışında olacaq.
Amma AFFA rəhbərliyi yığma üzvlərinin də seçkilərə qatılmasına şərait yaradacaq. Belə ki, futbolçular oktyabrın 8-də axşam evlərinə buraxılacaqlar. Komanda üzvləri seçkilər günü – oktyabrın 9-da, saat 16:00-da yenidən millinin düşərgəsinə qoşulacaqlar.
