4 oktyabr 2013 17:00
Azərbaycan AÇ-də İtaliya və Sloveniyaya rəqib oldu (YENİLƏNİB)
Bu gün futzal üzrə Avropa Çempionatının qrup mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Qeyd edək ki, qitə birinciliyində 12 komanda iştirak edəcək. Belçikanın turnirin ev sahibi kimi A qrupunda yer alacağı öncədən bəlliydi. Digər iştirakçılar isə püşkatma ərəfəsində aşağıdakı səbətlərdə yer almışdılar:

1-ci səbət: Xorvatiya, Rumıniya, Sloveniya, Hollandiya
2-ci səbət: Portuqaliya, Ukrayna, Çexiya, Azərbaycan
3-cü səbət: İspaniya, Rusiya, İtaliya.
Püşk nəticəsində Azərbaycan Sloveniya və İtaliya ilə birgə C qrupuna düşüb. Digər qruplar isə belədi:
A qrupu: Belçika, Rumıniya, Ukrayna.
B qrupu: Hollandiya, Portuqaliya, Rusiya.
C qrupu: Sloveniya, AZƏRBAYCAN, İtaliya.
D qrupu: Xorvatiya, Çexiya, İspaniya.
AÇ-2014-ün final mərhələsinin oyunları 28 yanvar-8 fevral aralığında keçiriləcək. Hər qrupdan iki ən güclü komanda 1/4 finala vəsiqə qazanacaq.