4 oktyabr 2013 12:27
Hafiz Məmmədov: Lans və Atletiko ilə əməkdaşlıq Azərbaycana hələ çox töhfə verəcək
“Tək futbol yox, təhsil ilə də bağlı gözəl planlarımız var. Zaman-zaman bunları həyata keçirəcəyik”. Bunu azerisport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
Tanınmış iş adamı bildirib ki, azərbaycanlı yeniyetmə və gənclər futbol oynamaqla yanaşı Avropada təhsil almaq imkanı da əldə edəcəklər:
“Lans” və “Atletiko” komandaları ilə əməkdaşlığımız Azərbaycana hələ çox töhfə verəcək. Fikrimiz var ki, ölkəmizdə futbol oynayan istedadlı övladlarımız orta və ali savadlarını da artırsınlar. Yəni, avropalı mütəxəssislər tərəfindən burada seçilənlər Lans və Madriddə futbol ustalığını artırmaqla yanaşı, yüksək səviyyədə təhsil də alacaqlar. Bu layihə ilə bağlı yaxınlarda böyük toplantı olacaq. Bütün Kütləvi İnformasiya Vasitələrini dəvət edəcəyik. Hesab edirəm ki, bu təşəbbüs ictimaiyyətdə bəyəniləcək”.
