5 oktyabr 2013 00:25

İlk dövrəyə son: Fasiləyə kim necə yollandı?

Topaz Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin Dç-2014-ün seçmə mərhələsi çərçivəsindəki oyunları ilə əlaqədar 9-cu turun bütün görüşləri eyni gündə baş tutdu.
 
Birinci dövrənin son turunda cari mövsümə heç də yaxşı başlamayan “İnter” səfərdə “Sumqayıt”la qarşılaşdı. Bundan əvvəlki turda səfərdə “Xəzər Lənkəran”ı məğlub etmiş “bankirlər” bu dəfə eyni aqibəti sumqayıtlılara yaşatmağı hədəfləmişdi. Paytaxt klubu öncədən də Aqil Məmmədovun komandası ilə görüşün favoriti sayılırdı. Amma arabir favoritlərdən xal alan sumqayıtlıların qeyri-sabit çıxışıyla seçilən “İnter”dən xal alması da istisna edilmirdi. Bu dəfə sözügedən komanda buna nail ola bilmədi. Əksinə, iki cavabsız qol “İnter”ə çox vacib qələbə qazandırmış oldu.
 
Bu oyunla eyni saatda lider “Qəbələ” öz meydanında “Neftçi” ilə üz-üzə gəldi. Turun mərkəzi oyununa maraq böyük idi. Çünki turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaları bir-birindən cəmi 1 xal ayırırdı. “Neftçi” qalib gələcəyi halda “Qəbələ”nin liderliyinə son qoymuş olacaqdı. Amma Yuri Syominin komandası qalib gəlsəydi, “ağ-qaralar”la xal fərqini artırmaq şansı qazanacaqdı. Mümkün heç-heçə isə daha çox liderliyi ələ keçirməyə çalışan “Qarabağ”ın işinə yaraya bilərdi. Qarşılaşmada hesabı meydan sahibləri açdılar. Amma Syominin yetirmələri erkən qolun davamını gətirə bilmədilər. Əksinə penalti sayəsində hesabı bərabərləşdirən paytaxt klubu ikinci hissədə daha bir qol vuraraq əzmkar qələbəyə sevindi və zirvəyə yüksəldi.
 
Son turu bir xalla başa vurmuş AZAL ilə “Simurq” bu dəfə bir-biri ilə qarşılaşdı. Hər iki komanda qələbə qazanmağı hədəfləmişdi. Təbii ki, oyunun Şüvəlanda keçirilməsi “təyyarəçilər”ə əlavə üstünlük qazandırırdı. Elə hesabı da məhz Vaqif Sadıqovun komandası açdı. Amma Zaqatala klubu da bu mövsüm Bakıda xeyli oyuna çıxmışdı və bu komandanın paytaxtda özünü qonaq kimi hiss etməyəcəyi gözlənilən idi. Georgi Çixradzenin yetirmələri çətinliklə də olsa, buraxılan qolun əvəzini çıxa bildilər və nəticədə qarşılaşma sülhlə bitdi.
 
Ötən tur evdə “İnter”ə məğlub olan “Xəzər Lənkəran” bu yenilginin qisasını “Rəvan”dan almaq imkanına malik idi. Baxmayaraq ki, oyun səfərdə keçirilirdi. Bu, müəyyən qədər “aslanlar”a əlavə üstünlük qazandıran amil sayıla bilərdi. Daha bir maraqlı məqam “Xəzər Lənkəran” üçün “Rəvan”la oyunların o qədər də uğurlu alınmamasıydı. Nə qədər qəribə görünsə də, cəmi bir dəfə paytaxt klubundan 3 xal almış “ağ-yaşıllar” iki dəfə məğlubiyyətlə üzləşmişdilər. Qalan üç görüşdə isə tərəflər xalları yarı bölmüşdülər. Elə bu oyun da cənub təmsilçisi üçün uğursuz alındı. Erkən qol vuran bakılılar uzun müddət hesabda öndə oldular. Düzdü, sərgilədiyi və yaratdığı qol epizodlarının sayına görə daha üstün tərəf lənkəranlılar idi. Amma Con Toşakın komandası yalnız bərabərlik qolunu vura bildi. Nəticədə bu görüş də sülhlə bitdi.
 
Turun qapanış matçında isə “Bakı” ilə “Qarabağ” qarşılaşdı. Qısa fasilədən sonra yenidən Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan Ağdam klubu bu dönüşünü qələbə ilə qeyd etmək istəyində idi. Qurban Qurbanovun yetirmələri “Qəbələ” – “Neftçi” oyununda əsas rəqiblərinin xal itirməsinə ümid bəsləməklə liderliyə yüksəlməyi hədəfləmişdi. Ağdam klubu bu şansı əldən qaçırmadı. Elə ilk hissədə vurulan üç qol “Qarabağ”ın qələbəsi üçün yetərli oldu. Milinko Pantiçin yetirmələri çox çalışsa da, heç təsəlli qolunu da vura bilmədilər. Beləcə ilk dövrəyə “Qarabağ”la “Neftçi”nin şərikli liderliyi ilə yekun vuruldu.
 
Topaz Premyer Liqası
9-cu tur
 
AZAL – Simurq – 1:1
Qollar: Qərib İbrahimov, 24 - Rəşad Eyyubov, 52-pen.
Sarı vərəqələr: Ruslan Tağızadə, 8 (simulyasiya); Aleksandr Şemonayev, 40 (qeyri-idman hərəkəti); Junior Ailton, 51 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 85 (qeyri-idman hərəkəti); Branislav Arsenyeviç, 87 (hakimin qərarına etiraz) - Ruslan Poladov, 55 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 64 (əl ilə oyun); Nicat Qurbanov, 76 (fitdən sonra topa zərbə).
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
4 oktyabr 2013. Bakı. “AZAL Arena” stadionu. 1000 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava (16. Freddi Borq, 90+3), 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 57), 23. Tural Nərimanov, 32. Vladimir Boqdanoviç (18. Samuel Barlay, 83).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 5. Murad Ağayev, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Vaqif Sadıqov.
Simurq: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 18. Tural Axundov, 22. Salif Ballo (30. Raul Kostin, 83), 28. Nenad Kiso, 77. Nicat Qurbanov (19. Orxan Səfiyaroğlu, 90+4).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 20. İdan Vaytsman.
Baş məşqçi: Georgi Çixradze.
 
Rəvan – Xəzər Lənkəran – 1:1
Qollar: Sohib Savankulov, 18 - Junior Nildo, 75.
Sarı vərəqələr: Sohib Savankulov, 13 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 29 (oyunun bərpasını gecikdirdiyi üçün); Cəmşid Məhərrəmov, 32 (sistematik qayda pozuntusu); İvan Pexa, 62 (perpektivli hücumun qarşısını aldığına görə); Elnur Abdulov, 77 (oyunun bərpasını gecikdirdiyi üçün) - Deyvid Sakkoni, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Rahil Ramazanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 oktyabr 2013. Bakı. “Bayıl Arena” stadionu. 1000 tamaşaçı.
 
Rəvan: 1. Lukaş Sapela, 9. Elnur Abdulov, 10. Sebastyan Kastro-Tello (23. Kristian Torres, 86), 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov (19. Hüseyn Axundov, 82), 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov.
Baş məşqçi: Vladislav Qədirov.
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (7. Sadio Tounkara, 46), 12. Franko Nildo, 14. Rahid Əmirquliyev (k), 22. Deyvid Sakkoni (20. Etame Mbilla, 66), 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
 
Qarabağ – Bakı – 3:0
Qollar: Ansi Aqolli, 37, Vüqar Nadirov, 43, Riçard Almeyda, 45.
Sarı vərəqələr: Rəşad Sadıqov, 44 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 55 (qeyri-idman hərəkəti); Nikolas Gelaşvili, 78 (simulyasiya) - Yure Travner, 29 (qeyri-idman hərəkəti); Mario Alvares, 62 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
4 oktyabr 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.
 
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva (10. Muarem Muarem, 85), 99. Nikolas Gelaşvili, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (41. Corc Leroy, 77), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo (7. Namiq Yusifov, 79).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 11. Ulrix Kapolonqo, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 29. Kamran Ağayev (k), 4. Pedro Mario Alvares, 3. Yure Travner, 6. Vadim Abdullayev (15. Alberto Noquera, 69), 7. Əfran İsmayılov (10. Aleksandar Soliç, 60), 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Etto, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios (34. Şəhriyar Əliyev, 64).
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Deyvidas Çesnauski, 16. Xavyer Junior Vilson, 27. Rəhman Hacıyev.
Baş məşqçi: Milinko Pantiç.
 
Sumqayıt – İnter – 0:2
Qollar: Adil İbrahimov, 14-öz qapısına, Vaqif Cavadov, 31.
Sarı vərəqələr: Ruslan Qurbanov, 28 (hakimin qərarına etiraz); 66 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 68 (qeyri-idman hərəkəti); Samir Abasov, 86 (qeyri-idman hərəkəti) - İlço Naumoski, 44 (hakimin qərarına etiraz); Matiya Spiçiç, 67 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ruslan Qurbanov, 66.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
4 oktyabr 2013. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər  stadionu. 300 tamaşaçı.
 
Sumqayıt: 1. Anar Nəzirov, 4. Samir Abasov (k), 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (8. Aqşin Muxtaroğlu, 67), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 91. Vüqar Əsgərov (86. Elşən Abdullayev, 63), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 15. Nodar Məmmədov, 20. Sabir Allahquliyev, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov .
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (7. Ruslan Əmircanov, 66), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 22. İlço Naumoski (11. Asif Məmmədov, 46), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (19. Sezar Meza Kolli, 88), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Qəbələ - Neftçi – 1:2
Qollar: Lorenzo Ebesilio, 7 - Mahir Şükürov, 20-pen, Rəşad Sadiqov, 56.
Sarı vərəqələr: Amit Quluzadə, 19 (rəqibi tutduğuna görə) - Mahir Şükürov, 21 (hakimin qərarına etiraz); Bruno Bertuççi, 38 (hakimin qərarına etiraz); Karlos Kardoso, 90+2 (rəqibə badalaq).
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Namiq Hüseynov, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
4 oktyabr 2013. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı
 
Qəbələ: 25. Dieqo Kosta, 4. Amit Quluzadə (8. Nizami Hacıyev, 66), 6. Vladimir Levin (k), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 58), 10. Dodo (84. Deyan Kelhar, 75), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 11. Yannik Kamanan, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 76), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 79), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (11. Melvin Platye, 81).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitrseki, 32. Elvin Yunuszadə.
Məşqçi: Tərlan Əhmədov.
 
1
Qarabağ
9
5
3
1
14
4
10
18
2
Neftçi
9
5
3
1
12
6
6
18
3
Qəbələ
9
5
1
3
14
9
5
16
4
AZAL
9
4
2
3
9
11
-2
14
5
Bakı
9
4
1
4
16
10
6
13
6
Simurq
9
3
4
2
8
7
1
13
7
İnter
9
3
1
5
16
15
1
10
8
XL
9
2
4
3
7
9
-2
10
9
Rəvan
9
1
3
5
4
19
-15
6
10
Sumqayıt
9
1
2
6
5
15
-10
5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Franko Nildo (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.