5 oktyabr 2013 00:41

Hafiz Məmmədov: Bakı indi daha maraqlı futbol nümayiş etdirir

“Bakı” hər zaman çempionluğa oynayıb. Düzdü, ötən çempionat işimiz bir az alınmadı. Amma onu passivlik kimi yozmaq düzgün olmaz”. Bunu azerisport.az saytına açıqlamasında “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov deyib.
 
Tanınmış iş adamı bildirib ki, keçən mövsüm nəticənin qənaətbəxş olmaması cari mövsümə hazırlaqla bağlı olub: “Əvvəlki illərdə əsasən legionerlərə güvənirdik. Bu mövsüm isə, üstünlüyü yerli futbolçulara vermişik. Əfran İsmayılov, Cavid Hüseynov, Rauf Əliyev və Kamran Ağayev aparıcı futbolçularımızdandı”.
 
“Bakı”nın prezidenti onu da qeyd edib ki, artıq çətin günlər arxada qalıb. İndi vəziyyət xeyirə dəyişib: “Komandada dönüş yaratmışıq. Yaxşı heyətimiz var. Oyun üslubumuz da dəyişib. Daha maraqlı futbol nümayiş etdiririk”.
 
Məmmədov yeni transferlərin olacağına da işarə vurub: “Hələ işlərin 25 faizi görülüb. Qışda, yayda da transferlərimiz olacaq. Baş məşqçi Milinko Pantiçin gəlişi də böyük nailiyyətdi. İnanıram ki, bu dəfə Avropa meydanlarında öz sözümüzü deyəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.