5 oktyabr 2013 00:48
Vüqar Nadirov: 3 heç-heçədən sonra qələbə qazanmağımız mütləq idi
“Oyun çətin keçdi. Qələbə asan başa gəlmədi”. Bunu azerisport.az saytına açıqlamasında “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov deyib.
Topaz Premyer Liqasının 9-cu turunda “Bakı”ya 3:0 hesabı ilə qalib gəldikləri matçda 2-ci qolu vuran futbolçu bildirib ki, onların əsas məqsədi rəqibi küncə çıxışdırmaq olub:
“Bakı”nı hər mövqedə üstələməyə çalışırdıq. Bunun üçün daim pressinq edirdik. Şükürlər olsun ki, istəyimizə nail olduq, sonda qalib gəldik. Düzü, ardıcıl 3 heç-heçədən sonra, bu görüşdə qələbə mütləq idi”.
