4 oktyabr 2013 12:43
Rəvan - XL matçında qalmaqallı penalti epizodu (VİDEO)
Xəbər verdiyimiz kimi Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun "Rəvan" - "Xəzər Lənkəran" oyununda hakim biabırçılığı qeydə alınıb. Azerisport.az xəbər verir ki, matçı idarə edən Nail Nağıyev öz qərarını dəyişib.
Belə ki, referi "Rəvan"ın qapısına penalti təyin edib və futbolçusuna sarı vərəqə göstərib. Lakin meydan sahiblərinin etirazlarından sonra qərarını dəyişib. Həmin mübahisəli penalti epizodunu təqdim edirik.
