5 oktyabr 2013 00:59
Azərbaycan millisi Türkiyədən qisasını aldı
Futbol üzrə 15 yaşadək qızlardan ibarət milli komandamız Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Bursa şəhərində keçirilən oyun milli komandamızın 2:1 hesablı qələbəsilə yekunlaşıb.
Millimizin heyətində Aytac Mustafazadə dubl edib. Qeyd edək ki, yığmamız ilk oyunda 2:4 hesabı ilə məğlub olmuşdu.
