4 oktyabr 2013 13:07
Ruslar Abışovun oyununu aşağı qiymətləndirdilər
Rusiya mətbuatı futbol üzrə Azərbaycan yığmasının və “Rubin”in müdafiəçisi Ruslan Abışovun çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, ötən gecə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika “Sulte-Varegem”inə qarşı 74 dəqiqə oynayan futbolçumuz aşağı qiymət alıb.
Komandasının 4:0 hesabıyla qalib gəldiyi görüşdə Ruslan 5,5 balla qiymətləndirilib. Komanda yoldaşı Ruslan Muhametşin də eyni qiymətə layiq görülüb. Onlardan aşağı qiymətə layiq görülən yeganə futbolçu isə Aleksandr Prudnikov olub – 5,0.
Digər futbolçular isə daha yüksək qiymətə layiq görülüblər.
