4 oktyabr 2013 13:26
Rəvanın futbolçusu Tacikistan yığmasına çağırıldı (FOTO)
"Rəvan” Futbol Klubunun müdafiəçisi Sohib Savankulov Tacikistan millisindən dəvət alıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Muhsin Muhamadiyevin açıqladığı 24 nəfərlik siyahıda Savankulov da yer alıb.
Futbolçu oktyabrın 15-də Bişkekdə Qırğızıstan milli komandası ilə üz-üzə gələcək Tacikistan yığmasının düşərgəsinə Topaz Premyer Liqasının ilk dövrəsinin "Xəzər Lənkəran”la son tur oyunundan sonra yollanacaq. (klub saytı)
