4 oktyabr 2013 13:41
Topaz Premyer Liqası, 9-cu tur: Mirbağır İsayevin proqnozu
Azərbaycanın futbol mütəxəssisi Mirbağır İsayev Topaz Premyer Liqasının 9-cu turunun oyunlarına proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
AZAL – Simurq
AZAL mövsümün əvvəlini yaxşı keçirdilər. Hər iki komanda son oyununda heç-heçə edib. Bu dəfə qələbə qazanmağa çalışacaqlar. Amma mən üç xalı “təyyarəçilər”in qazanacağını düşünürəm.
AZAL mövsümün əvvəlini yaxşı keçirdilər. Hər iki komanda son oyununda heç-heçə edib. Bu dəfə qələbə qazanmağa çalışacaqlar. Amma mən üç xalı “təyyarəçilər”in qazanacağını düşünürəm.
Rəvan – Xəzər Lənkəran
Bu komandaların oyununda şanslar 50-nin 50-yədi. Vladislav Qədirovun gəlişindən sonra “Rəvan” daha yaxşı oynamağa başlayıb. “Xəzər Lənkəran”ın da uğur qazanmaq şansı var. Amma mən “Rəvan”ın qalib gələcəyini güman edirəm.
Qarabağ – Bakı
Hər iki komanda üçün çətin oyun olacaq. “Bakı” indi ötən ilki komanda deyil. Onlar hazırda daha aqressiv, daha yaxşı oyun sərgiləyirlər. Milinko Pantiçin işi hiss olunur. “Qarabağ”a gəlincə, ağdamlılar həmişə öz oyun üslubları ilə seçiliblər. Fikrimcə, qələbə psixoloji cəhətdən daha hazırlıqlı olan komandaya qismət olacaq. “Qarabağ”ın uğur qazanacağına daha çox inanıram.
Sumqayıt – İnter
Aqil Məmmədov “Sumqayıt”ı yenidən formalaşdırıb. Komandanın əksər üzvləri milli komandalara dəvət olunurlar. Rəqibləri bu komandaya qarşı sona kimi diqqətli oynamaq məcburiyyətində qalırlar. “Sumqayıt”la oyunda arxayınlıq istənilən komandaya baha başa gələ bilər. “İnter” son turda Lənkəranda qələbə qazanıb. Amma bu komandanın hələ də qara zolaqdan çıxdığını demək olmaz. “Bankirlər”in bu oyunda da qələbə qazanacağını gözləyirəm.
Qəbələ - Neftçi
“Qəbələ”nin oyunlarını daha çox görmüşəm, nəinki “Neftçi”nin. Bu komandalar arasındakı görüşlər həmişə çətin keçir. Bu dəfə də heç-heçə olacağını düşünürəm.
