4 oktyabr 2013 14:47
Simurq AZAL-la oyuna üç ciddi itki ilə çıxacaq
Bu gün Topaz Premyer Liqasının 9-cu turunda “Simurq” AZAL-ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, dünən "Simurq" qarşılaşmanın oynanılacağı stadionda sonuncu məşqinə çıxıb.
Bir saata yaxın davam edən hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra iki qrupa bölünərək "kvadrat" oynanılıb. İkitərfli oyundan sonra isə cinahlardan asmalar və onların qapanması təmrinləri yerinə yetirilib. Bununlada "sarı-qaralar" məşqi tamamlayaraq istirahətə çəkilib və qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
AZAL - "Simurq" oyunu bu gün saat 18:00-da start götürəcək. Bu qarşılaşmaya komanda ciddi itkilərlə çıxacaq. Belə ki, "təyyarəçilər"lə görüşdə cəzalı Draqan Çeranla, İlkin Qırtımov və hələ də zədəsini tam sağalmayan Rövşən Əmiraslanov forma geyinə bilməyəcək.
