4 oktyabr 2013 16:12

Rasim Ramaldanov: Son pillədə qalsaq, hər şey mənasız olacaq

“Xəzər Lənkəran”ın və millimizin futbolçusu Rasim Ramaldanov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasındakı oyundan, “Rəvan”la görüşdən eləcə də millinin son rəsmi oyunlarından danışıb.
 
- “Xəzər Lənkəran”ın son turda “İnter”ə məğlubiyyəti gözlənilməz alındı. Komanda adətən evdə daha inamlı təsir bağışlayırdı...
- Oyuna ciddi hazırlaşmışdıq. “İnter”in səfərə 3 xal üçün gəldiyini bilirdik. 90 dəqiqə hücum edən tərəf “Xəzər Lənkəran” idi. Qol vurmağa çoxlu sayda şanslarımız oldu. Sadəcə imkanlardan istifadə etmədik. “İnter” vurmayana vurarlar prinsipindən yararlandı. Öz səhvimizdən 1 qol buraxaraq qələbəni rəqibə bağışladıq. Bununla belə ruhdan düşmürük. “Rəvan”la oyunda əvvəlki məğlubiyyəti qələbəylə sığortalamağa çalışacağıq.
 
- Yeri gəlmişkən, 400 dəqiqəlik seriya qırılıb. “Rəvan” uzun müddətdən sonra rəqibə qol vura bilməyib...
- “Rəvan” çox yaxşı komandadı. Vladislav Qədirov gələndən sonra heyətdə dirçəliş hiss olunur. Komanda daha çox hücum edir. “Rəvan”ı autsayder adlandırmaq olmur. Onlar kifayət qədər səviyyəli komandadı. “Xəzər Lənkəran”ın oyunu asan olmayacaq. Buna görə də maksimum gücümüzü səfərbər etməliyik.
 
- Çempionat ərəfəsində 8 turdan sonra “Xəzər Lənkəran”ın 7-ci pillədə olacağını söyləsəydilər, inanardın?
- Düzünü desəm, elə bilərdim kimsə mənlə zarafat edir. “Xəzər Lənkəran” bu yerə layiq deyil. Əminəm ki, gec deyil və biz yüksək yerlər uğrunda mübarizə apara bilərik. Komandamızda kifayət qədər səviyyəli futbolçular toplaşıb.
 
- Qarşıdan millinin oyunları gəlir. Son 2 rəsmi görüşlərdən hansı nəticəni gözləmək olar?
- İsraillə səfər görüşündə göstərdik ki, meydana maksimum nəticə üçün çıxırıq. Heç kimə sirr deyil ki, millimiz evdə daha yaxşı oyun nümayiş etdirir. Komanda doğma azarkeşlər önündə əlavə motivasiya qazanır. Hər iki oyunda layiqli çıxış edərək yaxşı nəticə qazanmağa çalışacağıq.
 
- Yaxşı nəticə dedikdə nəyi nəzərdə tutursan?
- Şimali İrlandiyanı məğlub etməliyik. Komandamızın buna gücü çatacaq. Məhz bu oyunda qələbə qazanaraq Rusiya ilə görüşə daha yaxşı əhvalda çıxmaq imkanımız var. Əlbəttə, Rusiya Şimali İrlandiyadan güclü komandadı. Fabio Kapellonun komandası Avropanın güclüləri sırasındadı. Qonşularla heç-heçə yaxşı nəticədi. Ruslar Bakıya 3 xal üçün gələcək. Ona görə həmin oyuna yaxşı hazırlaşmalıyıq. Motivasiyaya ehtiyac olmayacaq. Azərbaycan - Rusiya görüşü həmişə maraqlı olub.
 
- Rusiyaya xal lazımdı, bəlkə bu mənada onlar üçün oyun daha vacib olacaq...
- Biz elə vəziyyətdə deyilik ki, kiməsə xal bağışlayaq. Rusiya ilə səfərdə olduğu kimi evdə də sona qədər mübarizə aparacayıq. Bizə xal lazımdı. Azərbaycan son pillədən qurtulmalıdı. Əgər Şimali İrlandiyanı məğlub etsək, Rusiya ilə heç-heçə oynaya bilsək 4-cü pilləyə yüksələ bilərik. Bu mənada hər iki oyun bizə çox vacibdi.
 
- Yığma seçmə mərhələni son pillədə başa vursa necə olacaq?
- Son pillədə qalsaq, çox pis olacaq. Bu bizim üçün pis nəticədi. Neçə xal toplamağımızdan asılı olmayaraq son pillədə qalsaq, hər şey mənasız olacaq. Biz göstərməliyik ki, yığmada yaxşı mənada dəyişiklik var. Buna görə də Azərbaycan son pillədən qurtulmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.