5 oktyabr 2013 18:15
PFL yenə təqvimi dəyişdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunun 4-cü turunun oyunlarında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Yevlax şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin planlaşdırılması ilə əlaqədar olaraq, “Karvan” – “Şahdağ” oyunu 5 oktyabr tarixindən 6 oktyabr tarixinə keçirilib.
Turun “Bakılı” - “Ağsu” qarşılaşması isə Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Birinci Divizion
4-cü tur
6 oktyabr (bazar)
Karvan – Şəmkir
Hakimlər: Teymur Fərhadov, Samir Hacıyev, İftixar Qəniyev, Kərim Kərimov
Hakim-inspektor: Rafiq Pənahpur
Yevlax. Şəhər stadionu.
Bakılı – Ağsu
Hakimlər: Ramil Əhmədov, Rza Məmmədov, Habil Əliyev, Anar Göyçayski
Hakim-inspektor: Vaqif Sadıxov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
