5 oktyabr 2013 18:20
Rəvan Vladislav Qədirovu da istefaya göndərdi
Topaz Premyer Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Rəvan” baş məşqçisi Vladislav Qədirovla yollarını ayırıb.
Klubun mətbuat xidməti bu xəbəri təsdiqləyib. Qədirovun istefasına səbəb onun rəhbərliyi altında komandanın cəmi bir qələbə qazanması olub.
Hələlik, komandanın yeni baş məşqçisinin kim olacağı bilinmir. Bu məsələyə gələn həftə aydınlıq gətiriləcək.
Qeyd edək ki, bu, Premyer Liqanın cari mövsümündəki ikinci məşqçi istefasıdı. Qədirovdan öncə elə məhz “Rəvan” Ramil Əliyevi postundan uzaqlaşdırmışdı.
