5 oktyabr 2013 19:51
Karlos Kardoso: Qəbələ ilə oyunda layiqli qələbə qazandıq
“Neftçi”nin müdafiəçisi Karlos Kardoso Topaz Premyer Liqasının 9-cu turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Çətin oyun alındı. Fikrimcə, biz layiqli qələbə qazandıq. İlk dəqiqələri nəzərə almasaq, yaxşı oyun sərgilədik. Bu oyun bizim üçün turnir cədvəli baxımından çox vacib idi. Göründüyü kimi, qələbə bizə lideri qabaqlamağa imkan yaratdı”.