5 oktyabr 2013 20:38
“İnterlə oyuna daha yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var”
“Qəbələ”nin qapıçısı Dieqo Kosta Topaz Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qarşı keçirdikləri ev oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Belə vacib oyunda məğlub olmaq çox üzücüdü. Eyni zamanda hesabda öndə olduğumuz halda bunun davamını gətirə bilməməyimiz də üzücü oldu. Nəticədə, acı məğlubiyyətlə üzləşdik. Qarşıda ikinci dövrəyə daha yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Bu vaxtdan yaxşı yararlanmalıyıq. Xüsusilə “İnter”lə oyuna. Çünki “Neftçi”yə məğlubiyyətdən sonra “bankirlər”i məğlub etməyə borcluyuq”.