6 oktyabr 2013 00:18

Ruslan Abışov: Azərbaycan qrup sonunculuğuna layiq olmadığını sübut etməlidi

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
 
- Avrolqanın qrup mərhələsi çərçivəsində “Sulte-Varegem”lə matça start heyətdə çıxacağınızı nə vaxt bildiniz?
- Baş məşqçi Kurban Berdıyev bu barədə mənə 1-2 gün öncədən xəbər vermişdi.
 
- Reaksiyanız necə oldu?
- Məşqçini inandırdım ki, onun ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Şadam ki, komandamın qələbəsində müəyyən pay sahibi ola bildim.
 
- Artıq indi “Rubin”ə keçdiyiniz hiss etməyə başladığınızı demək olar?
- Mən bunu ilk gündən hiss edirəm. Sadəcə, indi məndə daha çox əminlik yarandığını deyərdim.
 
- Meydana çıxarkən həyacanlanmırdınız?
- Məni narahat edən yeganə məqam oyun təcrübəmin olmaması idi. Amma mənə şans verilmişdi və bu şansdan yararlanmağa borclu idim.
 
- Sizcə, yararlana bildiniz?
- Berdıyev şəxsən mənə heç nə demədi. Amma o, oyundan sonra bütün komandaya təşəkkürünü bildirdi.
 
- 74-cü dəqiqədə əvəzlənməyinizə nə səbəb oldu?
- Bir qədər yorulmuşdu. Ona görə də baş məşqçi məni əvəzləməyə qərar verdi.
 
- Rusiya Premyer Liqasının oyunlarında da əsas heyətdə meydana çıxmağınız nə dərəcədə inandırıcıdı?
- Növbəti turda “Anji” ilə oynamalıyıq. Yenidən əsas heyətdə meydana çıxmağı çox istərdim. Əgər baş məşqçi şans versə, bütün gücümü meydanda qoymağa hazıram.
 
- Qarşıda yığmamızın da iki çətin oyunu var. Bu görüşlərdən nə gözləyirsiz?
- Əminəm ki, həm Şimali İrlandiya, həm də Rusiya ilə oyunlarda yaxşı azarkeş dəstəyinə malik olacağıq. Onlar bizə bu oyunlarda kömək etməlidilər. Yığmamıza inanıram. Sona qədər mübarizə aparacağıq ki, fanatlarımızı sevindirək.
 
- Rusiya ilə müqayisədə Şimali İrlandiya matçında qələbə qazanamaq şansımız daha yüksək qiymətləndirilir. Siz bu barədə nə düşünürsüz?
- Biz Belfastda qələbəni son saniyələrdə əldən verməyimizi unutmamışıq. Evdə daha aqressiv oynamağımız lazımdı. Onda şansımız yüksək olaaq. Bunun üçün kifayət qədər potensialımız var. Rusiya ilə oyuna gəlincə, bu qarşılaşma mənim üçün xüsusi əhəmiyyət daşıyır. Rusiya yığmasında mənim “Rubin”dəki iki komanda yoldaşım – Ryazantsevlə Rıjikov da yer alır. Onlarla çox yaxşı münasibətlərim var, yaxşı uşaqlardı. Onları incitmək istəməzdim, amma yığmamız Rusiyanı məğlub etmək üçün əlindən gələni edəcək.
 
- Amma turnir cədvəli baxımından rusların daha böyük motivasiyaya malik olduğu danılmazdı...
- Onların öz hədəfləri var, bizim öz hədəflərimiz. Biz də tsikli sonuncu pillədə başa vurmamaq haqda düşünürük. Azərbaycanın qrup sonuncusu olmağa layiq olmadığını isbatlamaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.