6 oktyabr 2013 00:36
Mövsümün ilk, tarixin 118-ci avtoqolu
Topaz Premyer Liqasının 2013/14 mövsümündə ilk avtoqol qeydə alınıb. Azerisport.az xəbər verir ki, “Sumqayıt”ın rusiyalı legioneri Adil İbrahimov 9-cu turun “İnter”lə oyununda topu öz qapısından keçirib.
Mövsümün ilk 8 turunda belə hal qeydə alınmamışdı. Birinci dövrənin son turunda gerçəkləşən avtoqol Sumqayıt təmsilçisi üçün 3-cü belə haldı. 3 mövsümdü Premyer Liqada çıxış edən “gənclik şəhəri” təmsilçisi hər dəfə 1 oyunda buna üzülür.
“İnter” isə çempionatlar tarixində 12-ci dəfə rəqib qoluna sevinir.
Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatları tarixində 118-ci dəfə futbolçu öz qapısına qol vurdu.
