6 oktyabr 2013 20:55
Ruslan Abışovsuz Rubindən darmadağın (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Anji” ilə üz-üzə gəlib.
Oyun doğma meydanda keçirilib. Həmyerlimizin komandası bu şansdan maksimum yararlanaraq sonuncu pillədə gedən rəqibini darmadağın edib.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Təəssüf ki, o, yenə də oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 16 xal toplaya bilib və 8-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
12-ci tur
6 oktyabr
Rubin - Anji - 5:1
