7 oktyabr 2013 00:23
Millimizin forvardı Gənclərbirliyi üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası evdə “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Roberto Karlos onu 79-cu dəqiqədə buraxıb. Komandası ikinci qolu da məhz Özkara meydanda olarkən vurub.
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 12 xal toplayıb və hazırda 7-ci sıradadı.
Türkiyə Super Liqası
7-ci tur
6 oktyabr
Sivasspor – Gənclərbirliyi - 2:0
